cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Florentino Peres: "Zidan "Real"üçün ideal baş məşqçidir"

26.08.2016 12:55 Oxundu 1217

Madridin "Real" komandasının prezidenti Florentino Peres yeni mövsümdə komandasının qarşısında duran vəzifələr haqqında danışıb. O əsas məqsədlərinin ötən ilki uğurların davam etdirilməsi olduğunu xüsusi vurğulayıb. Peres: "Biz həmişə qarşımıza bütün turnirlərdə qalib gəlmək məqsədi qoymuşuq. Çünki "Real" kral klubudur və bu adı doğrultmaq onun üçün şərəf və qürur məsələsidir. Bu ilki heyətimiz daha güclüdür və komandamız istənilən rəqibə qalib gəlmək iqtidarındadır. Bundan əlavə komandamızın gücü onun baş məşqçisi Zinəddin Zidanla da bağlıdır. Zidan "Real" üçün ideal baş məşqçidir. Zidan da yaxşı bilir ki, biz bu il həm Çempionlar liqasında, həm ölkə çempionatında, həm də İspaniya kubokunda qalib gəlməliyik",-deyib.

Hazırladı: Əziz Mustafa