şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Maurisio Poçettino: "Rusiya klubları ilə oynamaq həmişə çətin olub"

26.08.2016 12:59 Oxundu 1193

İngiltərənin "Tottenhem" klubunun argentinalı baş məşqçisi Maurisio Poçettino Çempionlar liqası çərçivəsində püşkatmanın nəticələrini dəyərləndirib. O bu baxımdan komandasının Rusiya klubu ilə eyni qrupa düşməsinin xoşagələn fakt olmadığını vurğulayıb. Maurisio Poçettino: "Rusiya klubları ilə oynamaq həmişə çətin olub. Bu baxımdan OMİK (CSKA) güclü komandalardan biridir. Onunla oynamaq, arzu edilən nəticəyə nail olmaq heç də asan olmayacaq. Ötən mövsümdə biz "Borussiya" ılə qarşılaşmışdıq və alman klublarının necə oynadıqlarını bilirik. "Monako" nun gücünə yaxşı bələdik. Bütün hallarda Çempionlar liqasında oyunların çətin keçəcəyi şübhə doğurmur",-deyib.

Xatırladaq ki, püşkün nəticələrinə görə, "Tottenhem" E qrupunda OMİK Moskva, "Bayer" Leverkuzen və " Monako" (Fransa)ilə növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparacaq. Bu qrupda qüvvələr demək olar bərabərdir və hər klubun növbəti mərhələyə çıxmaq imkanı var.