çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

"Qarabağ" və "Qəbələ"nin qrup mərhələsindəki oyunlarının təqvimi

27.08.2016 08:26 Oxundu 1320

Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu Bakıda Çexiyanın “Slovan” klubu ilə keçirəcək. “Qarabağ” “J” qrupunda “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan” (Çexiya) klubları ilə birgə yer alıb.

Oyunların təqvimi ilə tanış olun:

15 sentyabr – “Qarabağ”–“Slovan”

29 sentyabr – “Fiorentina”–“Qarabağ”

20 oktyabr – “Qarabağ”–PAOK

3 noyabr – PAOK–“Qarabağ”

24 noyabr – “Slovan”–“Qarabağ”

8 dekabr – “Qarabağ”–“Fiorentina”.

Qeyd edək ki, “Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsində ardıcıl olaraq üçüncü dəfədir iştirak edir.

“Qəbələ” “C” qrupunda Fransanın “Sent-Etyen”, Almaniyanın “Mayns” və Belçikanın “Anderlext” klubları ilə mübarizə aparacaq. Oyunların təqvimini təqdim edirik:

15 sentyabr - “Anderlext”–“Qəbələ”

29 sentyabr - “Qəbələ”–“Mayns”

20 oktyabr - “Sent-Etyen”–“Qəbələ”

3 noyabr - “Qəbələ”–“Sent-Etyen”

24 noyabr - “Qəbələ”–“Anderlext”

8 dekabr - “Mayns”–“Qəbələ”.

Xatırladaq ki, “Qəbələ” pley-off mərhələsində “Maribor” (Sloveniya) komandası ilə görüşdən qalib ayrılıb (3:2).