cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Futbola sığmayan ömür: Əhməd Ələsgərov (2)

27.08.2016 23:21 Oxundu 1425

Əhmədin futbola sevgisi onun meydanda oyunu zamanı da özünü göstərirdi. Daim irəliyə can atır, top uğrunda sona kimi mübarizə aparırdı, rəqibinə aman vermir, topu ondan almamış əl çəkmirdi. Bu mübariz keyfiyyətləri onu məşqçilərinin də sevimlisinə çevirmişdi. Həmin dövrdə Əhməd Ələsgərov məşhur futbolçu Ələkbər Məmmədovla birgə "Neftçi"də oynayan azsaylı milli futbolçularımızdan biri idi. Onların bu komandada və SSRİ müqyasında qazandığı uğurlar "Azərbaycanlılardan futbolçu çıxmaz", - deyə "Neftçi"də digər millətlərin nümayəndələrini oynatmağa üstünlük verənlərə bir dərs oldu. "Neftçi"də oynaya-oynaya Bədən Tərbiyəsi İnstitutunu bitirən Əhməd Ələsgərov tədricən əsl futbol mütəxəssisi kimi yetişməkdə idi. Azərbaycan və SSRİ səviyyəsində nümayiş etdirdiyi gözəl oyunlara görə 1963-cü ildə Əhməd Ələsəgərova SSRİ İdman Ustası adı verildi. O, 10 il ərzində "Neftçi"nin şərəfini qorudu. Bu müddət ərzində Əhməd Ələsəgərov "Neftçi"nin heyətində 115 oyunda meydana çıxdı və rəqib qapılarından 15 top keçirdi.

Məşqçilik istedadı

Əhməd Ələsgərov hələ "Neftçi"də oynadığı vaxtlarda məşqçilərinin taktiki gedişlərini onlarla müzakirə edir, ağıllı təklifləri ilə onları təəccübləndirirdi. Onda meydandakı vəziyyəti, rəqiblərinin, "Neftçi"nin gücünü, imkanlarını qeyri-adi dərəcədə dəqiqliklə dəyərləndirmək və buna uyğun hərəkət etmək, düzgün taktika seçmək istedadı var idi. O dövrdə dəfələrlə məşqçilər Əhməd Ələsgərovun rəqibin əl-qolunu bağlayan və "Neftçi"yə qələbə gətirən taktiiki gedişlərini yüksək qiymətləndirmişdilər. Bir dəfə "Neftçi"nin "Dinamo" Moskva ilə oyununda komandamız birinci hissədə ağır vəziyyətə düşmüş və öz qapısından qol buraxmışdı. "Neftç"inin oyunu heç cür alınmırdı. Fasilədə Əhməd Ələsgərov məşqçilərə qarşı tərəflə oyunda taktikanı dəyişdirməyi, onlara topla sərbəst oynamaq imkanı verməmək taktikasını sınaqdan çıxarmağı təklif etdi. Onunla istər-istəməz razılaşmalı oldular. Çünki başqa çıxış yolu yox idi, "Neftçi" onsuz da uduzurdu. İkinci hissədə taktikanın dəyişdirilməsi ilə meydanda tamam fərqli bir "Neftçi" oynamağa başladı. Gözlənilməz taktiki gediş "Dinamo"nun oyunçularını və məşçilərini çaşbaş salmışdı. İkinci hissədə rəqibinə topla oynamaq imkanı verməməklə "Neftçi" təşəbbüsü ələ aldı və nəinki hesabı bərabərləşdiridi, həm də komandamız o dövrün SSRİ birinçiliyinin ən güclü komandalarından biri üzərində qələbə qazandı. Təbii ki, bu qələbədə Əhməd Ələsgərovun seçdiyi düzgün taktikanın böyük rolu oldu. O, meydanda oynaya-oynaya məşqçiliyə can atırdı. Bu həvəslə də 1965-ci ildə futbol karyerasını başa vurmağı qərara aldı. O dövrdə adətən futbol karyerasını belə gənc yaşlarında heç kim başa vurmağa tələsmirdi. 30 yaş o dövrdə hələ futbol oynamaq üçün normal hesab edilirdi. Bəlkə də məşqçilik həvəsinə düşməsəydi hələ bir müddət də "Neftçi"də oynyacaqdı. Lakin onun qeyri-adi məşqçilik istedadı həmin dövrdə Azərbaycan futboluna rəhbərlk edənlərə də gedib çatmışdı. Beləliklə, futbol karyerasını başa vurandan az sonra Əhəd Ələsgərovu 10 il həyatını sərf etdiyi doğma komandasına baş məşqçi təyin etdilər. O vaxt Əhməd Ələsgərovun cəmi 31 yaşı vardı. O, SSRİ müqyasında güclülər dəstəsinin komandasına baş məşqçi təyin edlən ən gənc məşqçi idi.

Həmin dövrdə Azərbaycan futbolunda belə demək mümkünsə əsl futbol bumu yaşanmaqda idi. Neftçi" SSRİ birincliyində uğurlu çıxışına imkan verəcək və SSRİ müqyasında ulduz futbolçular hesab edilən oyunçulara malk idi. Təsadüfi deyildi ki, 1961-1962-ci illərdə "Neftçi"nin baş məşqçisi işləyən Boris Arkadyev "Azərbaycanda gənc futbolçulardan ibarət qızıl tozları gördüm. Onlar tezliklə "Neftçi"nin ən güclü komandaya çevrilməsində önəmli rol oynayacaqlar. Sadəcə olaraq onları bir yerə yığaraq ulduz futbolçulara çevirəcək güclü ələ - öz işini yaxşı bilən məşqçiyə ehtiyac var", - demişdi. Belə bir məşqçi isə Əhməd Ələsgərov oldu.

Uğurlu təyinat və bürünc medal

Əhməd Ələsgərov "Neftçi"yə baş məşçqi təyin ediləndənn sonra dərhal istedadlı futbolçularla şəxsən məşğul olmağa başladı. Komandanın hər oyunçusuna hansı mövqedə və necə oynamağı başa salan, onları qələbələrə kökləyən Əhməd Ələsgərov qısa müddətədə böyük və unudulmaz uğurlardan birinə imza atdı. Əhməd Ələsgərov ilk ildəçə "Neftçi"yə SSRİ çempionaında bürünc medal qazandırdı. O vaxt bu Azərbaycan üçün böyük bir tarixi hadisəyə çevrildi. Yenə də qeyd edək ki, bu günün özündə biz orta yaşlı nəsil o tarixi dövrü yaxşı xatırlayırıq. Bu sətirlərin müəllifi də "Neftçi"nin bürünc medal almasının ən uzaq kəndlərimizdə belə böyük çoşqu ilə qarşılandığını yaxşı xatırlayır...

O dövrdə Əhməd Ələsgərovun rəhbərliyi altında mükafata layiq yerlər uğrunda mübarizədə "Neftçi" böyük və şərəfli qələbələr yolu keçdi. "Neftçi"nin bürünc medala gedən yolda görüşdüyü komandalarla necə oynadığını gənc nəslin diqqətinə çatdırmağı özümüzə borc bilirik:

"Neftçi" Bakı - "Dinamo" (Kiev) 0:0 2:1

"Neftçi" Bakı - OİK Rostov 4:1 3:1

"Neftçi" Bakı - "Spartak" Moskva 3:0 1:2

"Neftçi" Bakı - OMİK Moskva 0:0 1:1

"Neftçi" Bakı - "Torpedo" Moskva 2:0 2:1

"Neftçi" Bakı - "Dinamo" (Tbilisi) 3:2 0:1

"Neftçi" Bakı - "Dinamo" (Moskva) 1:0 0:2

"Neftçi" Bakı - "Paxtakor" Daşkənd 5:0 2:3

"Neftçi" Bakı - "Şaxtaçı" Donetsk 2:0 0:1

"Neftçi" Bakı - "Dinamo" Minsk 0:0 0:0

"Neftçi" Bakı - "Kayrat" Alma-Ata 3:0 0:1

"Neftçi" Bakı - "Ararat" (Erevan) 0:0 0:2

"Neftçi" Bakı - "Çernomorets" Odessa 1:0 0:1

"Neftçi" Bakı - "Torpedo" (Kutaisi) 7:0 1:0

"Neftçi" Bakı - "Zenit" (Leninqrad) 3:0 1:3

"Neftçi" Bakı - "Lokomotiv" Moskva 2:0 0:0

"Neftçi" Bakı - "Krılya Sovetov" Kuybışev 0:0 3:2

"Neftçi" Bakı - OİK (Odessa) 3:2 1:1

Göründüyü kimi, "Neftçi" o dövrdə ən güclü rəqibləri məğlub etmiş, onlara futbol dərsi keçmişdi. Bu da "Neftçi"nin o dövrdə nə qədər yaxşı oynadığını bir daha sübut edir. Təbii ki, komandanın uğur qazanmasında Əhməd Ələsgərovun böyük xidmətləri vardı və onun xidmtləri o dövrdə yüksək qiymətələndirildi.

Güclü heyət

"Neftçi"yə bürünc medal qazandıran oyunçular da nəinki respublikamızda, həm də SSRİ müqyasında kifayət qədər tanınan futbolçular idilər. O vaxt Əhməd Ələsəgərovun böyük məşqçilik istedadı nəticəsində zəif oyunçular belə komandanın aparıcı üzvlərinə çevrilmişdilər. Bu baxımdan qapıda Sergey Kramarenkonun, müdafiə xəttində Yaşar və Adil Babayevlər, Vyaçeslav Semiqlazov, yarımmüdafiədə Aleksandr Trofimov, Anatoli Boqdanov, hücumda Anatoli Banişevski, Kazbek Tuayev, Valeri Hacıyev, Nadir Eynullayev kimi istənilən komandanın qapısından qol keçirməyə qadir olan, həlledici məqamlarda məsuliyyəti öz üzüərlərinə götürərək komandanı qələbəyə ruhlandırmağı bacaran məşhur oyunçular vardı. Komandanın hücum xətti həmin dövrdə olduqca güclü təsir bağışlayırdı. Məsələn, "Neftçi"nin hücumçusu Kazbek Tuayev 34 oyunda rəqib qapılarından 14, Anatoli Banişevski 14 oyunda 12, Valeri Hacıyev 34 oyunda 4, Mübariz Zeynalov isə 20 oyunda rəqib qapısından 1 top keçirmişdilər. Əhməd Ələsgərovun ən böyük uğurlarından biri komandanın bütün oyunçularının qol vurmağa həvəsləndirməsi, onları bu ruhda tərbiyə etməsi ilə bağlı idi. Bunu müdafiəçilərin belə qol vurmaları da sübut edir. Məsələn "Neftçi"nin müdafiəçisi Semiqlazov Vyaçeslav 36 oyunda 1 qol, Bruxti Vladimir 35 oyunda 1 qol, Trofimov Aleksandr 33 oyunda 1 qol vurmuşdular.

Əziz Mustafa