cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

"O bizim komandada qalacaq"

28.08.2016 10:35 Oxundu 1241

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Selta" üzərində qələbədən sonra komandasının yarımmüdafiəçisi Xames Rodriqesin komandadan ayrılacağı ilə bağlı dolaşan söhbətlərə aydınlıq gətirib. O deyib: "Xames oyuna əla qoşuldu və onu canlandırdı. Bəli, o bizim komandada qalacaq". Qeyd edək ki, həmin oyunda "Real" 2:1 hesabı ilə rəqibinə qalib gəlib.

Məlumat üçün bildirək ki, "Real"ın yarımmüdafiəçisi Xames Rodriqes yay transfer pəncərəsi dönəmində komandadan ayrılmaq istədiyini bildirmişdi. Futbolçu bunu mövsüm ərzində bir çox oyunlarda və Çempionlar Liqasının final görüşündə ehtiyatda qalması ilə əlaqələndirmişdi.