cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

İtaliya ilə Fransa görüşündə videotəkrardan istifadə olunacaq

28.08.2016 14:29 Oxundu 1158

FİFA futbol oyunları zamanı ilk dəfə videotəkrar sistemindən istifadə edəcək. Belə bir məlumatla Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidməti çıxış edib.

Videotəkrar sistemindən ilk dəfə İtaliya ilə Fransa arasında keçiriləcək yoxlama görüşündə istifadə olunacaq. Bu qarşılaşma sentyabrın 1-də Bari şəhərində keçiriləcək.

Videotəkrar zamanı baş hakimin oyunu saxlamasına ehtiyac qalmayacaq. Bu funksiyanı əlavə hakim yerinə yetirəcək. Köməkçi hakim videotəkrara baxdıqdan sonra baş hakimlə əlaqə saxlayıb, ona məlumat verəcək.

Yoldaşlıq oyunundan bir gün sonra FİFA prezidenti Canni İnfantino tərəfindən sistemin ilk sınağı ilə bağlı xüsusi mətbuat konfransı təşkil ediləcək. FİFA prezidenti bildirib ki, sözügedən sistemdən istifadəyə bir konfederasiya, 12 milli assosiasiya maraq göstərib.

Onun sözlərinə görə, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı zamanı videotəkrardan istifadə mümkün olacaq.

Xatırladaq ki, videotəkrardan istifadəni mart ayın