cümə, 10 may 2024

DÜNYA FUTBOLU

Konoplyanka təklifi qəbul etmədi

28.08.2016 16:37 Oxundu 1205

"Sevilla"nın yarımmüdafiəçisi Yevqeni Konoplyanka PAOK-un təklifini rədd edib. Avroliqanın qrup mərhələsində "Qarabağ"a rəqib olan Saloniki klubu 24 yaşlı havbeki icarəyə götürmək istəyirdi. Ukraynalı futbolçu "Sevilla"da oyun praktikasının azlığından narahat olduğunu dilə gətirmişdi. O, Əndəlus klubunun heyətində bu mövsüm 2 oyuna çıxıb.Konoplyanka 2015-ci ilni yayında "Dnepr"dən "Sevilla"ya keçmişdi. Onun ispanlarla müqaviləsi 2019-cu ildə başa çatır.