cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

Millimiz Avropa Liqasının A divizionuna vəsiqə qazandı

28.08.2016 22:46 Oxundu 1170

İtaliyanın Katanya şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqası turnirinin Super Final mərhələsində Azərbaycan milli komandası bu gün son oyununu keçirib.

Super Final mərhələsinin final qarşılaşmasında millimizin rəqibi Macarıstan yığması olub. Oyun 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib.

Bununla da, millimiz Avropa Liqasının B divizionundan A divizionuna vəsiqə qazanıb.

Xatırladaq ki, Avropa Liqası turnirinin Super Final mərhələsində millimiz Türkiyə yığmasını 5:3, İngiltərə komandasını 2:0, Çexiya futbolçularını isə 5:1 hesabı ilə məğlub etmişdi.