Amerika kuboku uğrunda dörddəbir final mərhələsinin oyunları keçirilib. Bu mərhələdə Argentina Venesuelaya 4:1 hesabı ilə qalib gələrək adını yarımfinal mərhələsinə yazdırıb. ABŞ isə dörddəbir finalda Ekvador üzərində 2:1 hesabi ilə qələbə çalıb. Peru ilə Kolumbiyanın oyununda isə əsas və əlavə vaxtlarda hesab açılmayıb. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerirən yetirən Kolumbiya komandası növbəti mərhələyə adlayıb. Bu mərhlədə ən böyükhesablı qələbə Çili - Meksika oyununda qeydə alınıb. Amerika kubokunun hazırki sahibi Çili Meksikanın qapısından 7 cavabsız top keçirərək onun daşını daş üstündə qoymayıb. İyunun 22-də keçiriləcək yarımfinal oyununda ABŞ Argentina, iyunun 23-də isə Kolumbiya Çili ilə qarşılaşacaq.
Arqentina - Venesuela 4:1 (2:0, 2:1)
Qollar: İquain 8, 28 İquain, Messi, 60, Rondon,70, Lamela, 71
Arqentina: Romero, Merkado, Otamendi, Funes Mori, Roxo, Fernandes, Maskerano, Baneqa (Biqliya, 80), Messi, İquain (Aquero, 74), Qaytan(Lamela, 67)
Venesuela: Ernandes, Qonsales, Anxel, Viskarrondo, Feltçer, Qerra, Rinkon (Velaskes, 85), Fiqera, Seyxas (Angor, 55), Rondon, Martines (Del Valye, 80).
Sarı kart: Seyxas (4), Qaytan (27), Anxel (52), Fiqera (63), Rondon (77)
Meksika - Çili 0:7 (0:2, 0:5)
Qollar: Puç,16 Varqas, 44, Sançes, 49, Varqas, 52, 58 Varqas, Varqas, 74, Puç,87
Meksika: Oçoa, Aqilyar, Arauxo, Moreno, Layyun, Duenyas (Penya, 46),Quardado, Losano (Ximenes, 46), Errera, Korona (Reyes, 60), Ernandes
Çili: Bravo, Fuensalida, Medel (Roko, 60), Xara, Bosejur (Qonsales, 73), Aranqis, Dias (Silva, 57), Vidal, Puç, Varqas, Sançes.
Sarı kart: Vidal (39), Quardado (59), Layyun (64)
ABŞ - Ekvador 2:1 (1:0, 1:1)
Qollar: Dempsi, 22, Zardes, 65, Arroyo, 74
ABŞ:- Qyuzan, Conson, Kemeron, Bruks, Bezler, Zardes (Birnbaum, 90),Cons, Bredli, Bedoyya (Zusi, 81), Dempsi (Bekkerman, 75), Vud.
Ekvador: Dominqes, Paredes (Ayovi, 82), Mina, Graso, Ayovi, Noboa(Qaybor, 62), QruEso (Ramires, 72), Valensiya, Arroyo, Montero, Valensiya.
Sarı kart: Valensiya (37), Vud (53), Paredes (64), Bedoyya (73), Qyuzan (84).
Qırmızı kart:Cons (52), Valensiya (52).
Peru - Kolumbiya 0:0 (0:0, 0:0, 0:0, 0:0), penalti - 2:4
Peru: Qalyese, Korso, Ramos, Rodriqes, Trauko, Tapiya, Vilçes, Polo(Benavente, 81), Kueva, Flores (Ruidias, 77), Qerrero
Kolumbiya: Ospina, Aryas, Sapata, Murilyo, Dias (Fabra, 90), Sançes,Torres (Peres, 80), Kuadrado, Kardona (Moreno, 76), Xames, Bakka
11 metrlik cərimə zərbələri
1:0, 1:1, 2:1, 2:2, 2:3, 2:4.
Sarı kart: Tapiya (63), Sapata (66), Dias (70)
Əziz Mustafa