cümə, 19 aprel 2024

BİZİM FUTBOL

“Bankirlər” “Samtredia”nı məğlub etdi

29.08.2016 01:04 Oxundu 1234

Gürcüstanda təlim-məşq toplanışında olan Bakı “İnter”i yoxlama oyunu keçirib. “Bankirlər” yerli “Samtredia” klubu ilə qarşılaşıb.
Oyun “İnter”in 2:0 hesablı qələbəsi ilə tamamlanıb. Təmsilçimizə qələbə gətirən qolları Slavik Alxasov və Samir Zərgərov vurub. Xatırladaq ki, Avroliqanın qrup mərhələsinə yüksələn "Qəbələ" ilk təsnifat mərhələsində məhz "Samtredia"nı mübarizədən kənarlaşdırıb.

Zaur Svanadzenin yetirmələri sentyabrın 1-də isə "Tsxinvali" FK ilə qarşılaşacaqlar.

Sentyabrın 2-də Vətənə qayıdacaq "İnter FK" növbəti tura hazırlıqlarını Bakıda davam etdirəcək.