şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

“Fənərbaxça” qapıçı axtarır

22.06.2016 11:06 Oxundu 281

“Fənərbaxça”da transfer çalışmaları davam edir. “Sarı-lacivərdlilər” şərtlər uyğun olduğu təqdirdə, öz qapılarını layiqli bir qapıçıya etibar etmək niyyətindədirlər.

Türkiyə mətbuatının məlumatına görə, belindən əməliyyat olunmuş və hələ də müalicəyə ehtiyacı olan Volkan Dəmirəl yeni mövsümədək öz sağlamlığını bərpa edə biləcək. Odur ki, komanda rəsmiləri Çempionlar Liqasının təsnifat mərhələsində Volkanın alternativini arayır. Bu məqsədlə onlar “Eskişehirspor”un təcrübəli qapıçının Ruud Boffini gözaltı ediblər. Bu məqsədlə rəsmilər “Eskişehirspor”un prezidenti Halil Ünal ilə danışıqlara başlayıblar. Transferə bu yaxınlarda aydınlıq gətirilməsi gözlənilir.

Qeyd edək ki, 29 yaşlı Ruud Boffin ötən mövsüm “Eskişehirspor”un heyətində 31 oyuna çıxıb və qapısında 56 qol görüb.

Məlumat üçün onu da bildirək ki, “Fənərbaxça”nın heyətində Volkandan başqa Ərtoğrul Taşkıran və Ərtən Ərsu də var.