şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Arda Turan... bitirir?

22.06.2016 11:08 Oxundu 254

Türkiyə milli komandasının və “Barselona”nın yarımmüdafiəçisi Arda Turan Avropa çempionatından sonra milli karyerasını bitirə bilər. Bu iddia ilə İspaniyanın nüfuzlu “Marka” nəşri çıxış edib.

Türkiyə yığmasının Avropa çempionatında Xorvatiya (0:1) və İspaniya (0:3) ilə oyunlarından sonra azarkeşlər tərəfindən təhqir olunan, eləcə də mətbuat tərəfindən tənqid oxlarının əsas hədəfi olan 29 yaşlı oyunçunun bir daha milli formanı geyinmək istəmədiyi iddia edilib.

Mənbə həmçinin təcrübəli oyunçu ilə baş məşqçi Fatih Terim arasında problem olduğunu da bildirib.