cümə axşamı, 02 may 2024

SARI KART

Sadə oynamağın özü bir möcüzədir. Prosineçki

22.06.2016 11:15 Oxundu 2550

Hələ ki ürəksizdir

Futbol üzrə millimizin baş məşqçisi Robert Prosineçkiyə deyirlər:

- Deyirsiniz ki, Andres İnyesta İspaniya millisinin ürəyidir. Bəs Azərbaycan millisinin ürəyi kimdir?

- Azərbaycan millisi hələ ki, ürəksizdir.

Günün sözü

“Hakim səhv də olsa, düz də olsa, həmişə söyülür”. Munis Abdullayev

AVROBAYATILARI

Portuqaliyanın baş

məşqçisi Fernandu Santus:

Kökləyib telli sazı,

Bunu deyim ən azı:

İndi ah-of etməyin

Yoxdur, məncə, mənası.

İslandiyanın baş məşqçisi

Lars Laqerbek:

Qəm-qüssə mənə yaddır,

Könlüm həmişə şaddır.

Santusdan aldığım xal

Xalis eksponatdır.

Rusiyanın baş məşqçisi

Leonid Slutski:

Yaşım heç əlli deyil,

Əllidən halı deyil.

Məncə, bizim qrupda

Heç bir şey bəlli deyil.

Slovakiya millisinin bas məşqçisi

Yan Kozak:

Özümüzü danladıq,

Bunu sonra anladıq.

Ruslar ilə oyunda

Sanki şahmat oynadıq.

Rumıniyanın baş məşqçisi

Angel Yordanesku

Əziziyəm atmaram,

Dostu yada satmaram.

Bu oyunu heç zaman

Mən yaddan çıxartmaram.

İsveçrənin baş məşqçisi

Vadimi Petkoviç

Mən görəndə quyunu,

Bəyənmədim suyunu.

Allahın yardımıyla.

Xilas etdik oyunu.

Fransanın baş məşqçisi

Didye Deşam:

Nəğmə qoşaq bu hala

Kimsə qalmasın dala.

Artıq aldıq vəsiqə

Səkkizdəbir finala.

Albaniyanın baş məşqçisi

Canni De Byazi:

Bilirsinizmi niyə,

Ahım yüksəldi göyə?

Çün ovqatı təlx etdi

Qrizman ilə Paye.

İngiltərənin baş məşqçisi

Roy Hocson:

Bu sir deyil heç kəsə

Sözümü deyim kəsə.

Biz yerini göstərdik

Çox hörmətli Uelsə.

Uelsin baş məşqçisi Kriz Kolman:

Qoy deyim hamı bilsin

Fikirləşsin, düşünsün.

İngiltərə qazandı

Britaniya derbisin.

Ukraynanın baş məşqçisi

Mixayıl Fomenko:

Bağa su düşdü neylim?

Ağaclar içdi neylim?

Vurulan o iki qol

Qəlbimdən keçdi neylim?

Şimali İrlandiyanın baş

məşqçisi Maykl Onil:

Duyuq düşsün qoy hər kəs

Bu oyundan edib bəhs.

Söyləyirəm rəqibə

Keçdik maraqlı bir dərs.

Çexiyanın baş məşqçisi

Pavel Vrba:

Bu nə səsdir, nə ündür?

Yadda qalan bir gündür.

Bu heç-heçə mənimçün,

Qələbədən üstündür.

Xorvatiyanın baş məşqçisi

Ante Çaçiç:

Söyləyirəm bir daha,

Vallah-billah, ay qağa.

Arxayınlıq bizlərə

Başa gəldi çox baha.

İspaniyanın baş məşqçisi

Visente Del Boske:

Qoy oturub yerimə,

Güc verim sözlərimə.

Mənim yazığım gəlir

Vallah, Fateh Terimə.

Türkiyənin baş məşqçisi

Fateh Terim:

Silərək mən tərimi

Deyirəm öz dərdimi

Terim bitdi deməmiş

Bitirdilər Terimi.

Amma görüşürlər

Oglan qıza deyir:

- Sabah görüşə bilərik.

Qız:

- Yox, mən artıq sənə nifrət edirəm.

Oglan halını pozmadan:

- “Barcelona”nı tanıyırsan?

Qiz:

- Hə, “Real” Madridin düşmənidir də...

Oglan:

- Ay sağ ol. Onlar da bir-birinə nifrət edirlər, amma görüşürlər.