cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

“Qismətimizə “Düdelanj” düşdü”

22.06.2016 11:23 Oxundu 308

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünə münasibət bildirib. Klubun saytına açıqlamasında o, rəqibləri olan Lüksemburq çempionu “Düdelanj”la gələcək qarşılaşmalar haqda danışıb: “İlk oyunlar hər zaman çətin olur. Ölkəsinin çempionu və kubokun qalibi olmuş komandanı zəif adlandırmaq olmaz. Çempionlar Liqasında istənilən ölkənin güclü komandası çıxış edir. Bu baxımdan da istənilən rəqiblə oynamaq bizim üçün çətin olacaq. Son zamanlar Lüksemburq futbolunda inkişaf göz qabağındadır, 14 komandalı çempionatları var. Lüksemburq çempionatında rəqabət də istənilən səviyyədədir. “Düdelanj” ölkəsinin çempionatında uzun müddət məğlub olmayıb və daim qələbə qazanmaq üçün vuruşan bir komandadır. Ümumiyyətlə, onlar bizim Çempionlar Liqasının bu mərhələsində qarşılaşdığımız güclü komandalardan biridir. Bizi çətin oyun gözləyir, potensial 5 rəqibdən qismətimizə “Düdelanj” düşdü. Bu gündən etibarən sırf bu oyun üçün hazırlaşmağa başlayacağıq”.