cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

“Qarabağ”, “Qəbələ” və “Neftçi” mərhələ adlamağa borcludurlar

22.06.2016 11:28 Oxundu 827

İyunun 20-də Çempionlar Liqası və Avropa Liqasında 2016-2017-ci il mövsümünün ilk iki turunun püşkatma mərasimi keçirildi. İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ”, həmçinin Avropa Liqasında mübarizə aparacaq “Qəbələ”, “Neftçi” və “Kəpəz”in rəqibləri müəyyənləşdi.

İlk növbədə etiraf etmək lazımdır ki, püşkün nəticəsi həm komandaların, həm də azarkeşlərin ürəyincə oldu. Xüsusən də, “Qarabağ”ın mərhələ adlayacağına artıq şübhə yoxdur. Çünki rəqib Lüksemburq təmsilçisi “Düdelanj” olacaq. Doğrudur, “Düdelanj” 12 qat ölkə çempionudur. Lakin onların şəraiti və heyəti ilə “Qarabağ”ı müqayisə etmək doğru olmaz. İlk görüşünü iyulun 12-də və ya 13-də evdə keçirəcək Premyer Liqa çempionu cavab matçına bir həftə sonra çıxacaq.

Ardıcıl 3-cü dəfə bürünc mükafata sahib çıxaraq Avropa Liqasına vəsiqə qazanan “Qəbələ” yenə Gürcüstan təmsilçisi ilə qarşılaşacaq. Ötən mövsüm Tbilisi “Dinamo”sunu I mərhələdə mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” bu dəfə nisbətən zəif “Samtredia”nı sınağa çəkəcəklər. Düzdür, yay fasiləsində bölgə təmsilçisi bir neçə aparıcı oyunçusu ilə yollarını ayırdı. Amma fikrimizcə, “Qəbələ” bu heyətlə də mərhələ adlamaq iqtidarındadır.

Püşkün “Neftçi”nin də üzünə güldüyünü demək olar. Malta təmsilçisi “Baltsan”a rəqib olan “flaqman” heyəti zəifləməsinə baxmayaraq, hazırkı durumda belə, bu komandanı üstələməyə borcludur.

Yalnız “Kəpəz”i çətin sınaq gözləyir. Hər halda uzun fasilədən sonra avrokuboklarda iştirak şansı əldə edən Gəncə təmsilçisinin hazırkı heyəti ilə orada uğurlu nəticə əldə edəcəyini gözləmək yersiz olar. Amma “Daçiya” hər nə qədər “Kəpəz” üçün çətin görünsə də, keçilməz komanda da deyil.

Avroliqadakı komandalarımızın II mərhələdəki potensial rəqibləri də məlumdur. “Neftçi” “Baltsan” səddini aşacağı təqdirdə, növbəti mərhələdə “Şkendiya” (Makedoniya) - “Krakoviya” (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək. “Kəpəz” “Daçiya”nı mübarizədən kənarlaşdırsa, ya Avstriya, ya da Slovakiyaya səfər edəcək. Çünki rəqib “Admira” (Avstriya) - “Spartak” (Slovakiya) cütünün qalibi olacaq. O ki qaldı “Qəbələ”yə, şimallılar “Samtredia”ya sensasiya imkanı verməsələr, II mərhələdəki potensial rəqibləri “Aktobe” (Qazaxıstan) - MTK (Macarıstan) cütünün xoşbəxt komandası olacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi

(28-29 iyun, 5-6 iyul)

1. “Flora” (Estoniya) - “Linkoln” (Cəbəllütariq)

2. TNS (Uels) - “Tre Penne” (San-Marino)

3. “Valletta” (Malta) - “Torshavn” (Farer adaları)

4. “Santa Koloma” (Andorra) - “Alaskert” (Ermənistan)

II təsnifat mərhələsi

(12-13 və 19-20 iyul)

“Qarabağ” (Azərbaycan) - “Düdelanj” (Lüksemburq)

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Şerif” (Moldova)

“Olimpiya” (Sloveniya) - “Trençin” (Slovakiya)

“Zalsburq” (Avstriya) - “Liepaya” (Latviya)

“Vardar” (Makedoniya) - “Dinamo” (Zaqreb, Xorvatiya)

“Ludoqorets” (Bolqarıstan) - “Mladost” (Monteneqro)

“Dinamo” (Tiflis, Gürcüstan) - 4-cü cütün qalibi

“Jalgiris” (Litva) - “Astana” (Qazaxıstan)

“Skenderbeu” (Albaniya) - “Ferensvaroş” (Macarıstan)

2-ci cütün qalibi - APOEL (Kipr)

“Zrinski” (Bosniya və Herseqovina) - “Legiya” (Polşa)

1-ci cütün qalibi - “Seltik” (Şotlandiya)

BATE (Belarus) - SJK (Finlandiya)

“Rusenborq” (Norveç) - “Norçepinq” (İsveç)

3-cü cütün qalibi - “Srvena Zvezda” (Serbiya)

”Dandalk” (İrlanaiya) - “Hafnarfyorfur” (İslandiya)

”Kruzaders” (Şimali İrlandiya) - “Kopenhagen” (Danimarka)

Avropa Liqası

I təsnifat mərhələsi

(30 iyun - 7 iyul)

“Midtyulland” (Danimarka) - “Suduva” (Litva)

“Levadiya” (Estoniya) - “Torshavn” (Farer adaları)

“Şemrok Rovers” (İrlandiya) - “Rovaniemi” (Finlandiya)

“Breydablik” (İslandiya) - “Yelqava” (Latviya)

“Domjale” (Sloveniya) - “Lusitanos” (Andorra)

“Videoton” (Macarıstan) - “Zarya” (Moldova)

“Zimbru” (Moldova) - “Çixura” (Gürcüstan)

“Beroe” (Bolqarıstan) - “Radnik” (Bosniya və Herseqovina)

“İnfonet” (Estoniya) - “Harts” (Şotlandiya)

“Atlantas” (Litva) - HİK (Finlandiya)

“Valyur” (İslandiya) - “Brondbü” (Danimarka)

“Runavik” (Farer adaları) - “Şaxtyor” (Belarus)

“Bokelj” (Monteneqro) - “Voyvodina” (Serbiya)

“Santa Koloma” (Andorra) - “Lokomotiv” (Xorvatiya)

“Sloboda” (Bosniya və Herseqovina) - “Beytar” (İsrail)

“La Fiorita” (San-Marino) - “Debretsen” (Macarıstan)

“Stabek” (Norveç) - “Konna Kvey” (Uels)

“Höteborq” (İsveç) - “Landudno” (Uels)

“Aberdin” (Şotlandiya) - “Fola” (Lüksemburq)

AİK (İsveç) - “Bala Taun” (Uels)

AEK (Kipr) - “Folqor” (San-Marino)

“Pünik” (Ermənistan) - “Europa” (Cəbəllütariq)

“Kukesi” (Albaniya) - “Rudar” (Monteneqro)

“Vaduts” (Lixtenşteyn) - “Sileks” (Makedoniya)

“Ventspils” (Latviya) - “Vikinqur” (Farer adaları)

“Sent Patriks” (İrlandiya) - “Jeness” (Lüksemburq)

“Nomme Kalyu” (Estoniya) - “Trakai” (Litva)

“Differdanj” (Lüksemburq) - “Kliftonvill” (Şimali İrlandiya)

“Dila” (Gürcüstan) - “Şirak” (Ermənistan)

“Çukariçki” (Serbiya) - “Ordabası” (Qazaxıstan)

“Neftçi” (Azərbaycan) - “Baltsan” (Malta)

“Makkabi” Təl-Əviv (İsrail) - “Qoritsa” (Sloveniya)

“Linfild” (Şimali İrlandiya) - “Kork Siti” (İrlandiya)

“Reykyavik” (İslandiya) - “Qlenavon” (Şimali İrlandiya)

“Dinamo” (Belarus) - “Spartak” (Latviya)

“Odd” (Noeveç) - “Mariehamn” (Finlandiya)

“Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Birkirkara” (Malta)

“Rabotniçki” (Makedoniya) - “Buduçnost” (Monteneqro)

“Admira” (Avstriya) - “Spartak” M (Slovakiya)

“Qəbələ” (Azərbaycan) - “Samtredia” (Gürcüstan)

“Teuta” (Albaniya) - “Kayrat” (Qazaxıstan)

“Slaviya” (Bolqarıstan) - “Zaqlebiye” (Polşa)

“Spartak” T (Slovakiya) - “Hiberniians” (Malta)

“Aktobe” (Qazaxıstan) - MTK (Macarıstan)

“Banants” (Ermənistan) - “Omoniya” (Kipr)

“Partizani” (Albaniya) - “Slovan” (Slovakiya)

”Şkendiya” (Makedoniya) - “Krakoviya” (Polşa)

“Kəpəz” (Azərbaycan) - “Daçiya” (Moldova)

II təsnifat mərhələsi

(14 iyul - 21 iyul)

“Dila” (Gürcüstan) - “Şirak” (Ermənistan) cütünün qalibi - “Spartak” T (Slovakiya) - “Hiberniians” (Malta) cütünün qalibi

”Dinamo” (Belarus) - “Spartak” (Latviya) cütünün qalibi - “Sent Patriks” (İrlandiya) - “Jeness” (Lüksemburq) cütünün qalibi

“Partizan” (Serbiya) - “Slaviya” (Bolqarıstan) - “Zaqlebiye” (Polşa) cütünün qalibi

“Bokelj” (Monteneqro) - “Voyvodina” (Serbiya) cütünün qalibi - “Stabek” (Norveç) - “Konna Kvey” (Uels) cütünün qalibi

“Nomme Kalyu” (Estoniya) - “Trakai” (Litva) cütünün qalibi - “Makkabi” (H, İsrail)

“Hibernian” (Şotlandiya) - “Valyur” (İslandiya) - “Brondbü” (Danimarka) cütünün qalibi

“Runavik” (Farer adaları) - “Şaxtyor” (Belarus) cütünün qalibi - “Domjale” (Sloveniya) - “Lusitanos” (Andorra) cütünün qalibi

“Austriya” (V, Avstriya) - “Kukesi” (Albaniya) - “Rudar” (Monteneqro) cütünün qalibi

“Aktobe” (Qazaxıstan) - MTK (Macarıstan) cütünün qalibi - “Qəbələ” (Azərbaycan) - “Samtredia” (Gürcüstan) cütünün qalibi

“Beroe” (Bolqarıstan) - “Radnik” (Bosniya və Herseqovina) cütünün qalibi - “Atlantas” (Litva) - HİK (Finlandiya) cütünün qalibi

“Şemrok Rovers” (İrlandiya) - “Rovaniemi” (Finlandiya) - “Santa Koloma” (Andorra) - “Lokomotiv” (Xorvatiya)

“Neftçi” (Azərbaycan) - “Baltsan” (Malta) cütünün qalibi - “Şkendiya” (Makedoniya) - “Krakoviya” (Polşa) cütünün qalibi

“Qrasshoppers” (İsveçrə) - “Reykyavik” (İslandiya) - “Qlenavon” (Şimali İrlandiya) cütünün qalibi

“Midtyulland” (Danimarka) - “Suduva” (Litva) cütünün qalibi - “Vaduts” (Lixtenşteyn) - “Sileks” (Makedoniya) cütünün qalibi

“Zimbru” (Moldova) - “Çixura” (Gürcüstan) cütünün qalibi - “Osmanlıspor” (Türkiyə)

“Yannina” (Yunanıstan) - “Odd” (Noeveç) - “Mariehamn” (Finlandiya) cütünün qalibi

“Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Birkirkara” (Malta) cütünün qalibi - “İnfonet” (Estoniya) - “Harts” (Şotlandiya) cütünün qalibi

“Aberdin” (Şotlandiya) - “Fola” (Lüksemburq) cütünün qalibi - “Ventspils” (Latviya) - “Vikinqur” (Farer adaları) cütünün qalibi

“Admira” (Avstriya) - “Spartak” (Slovakiya) cütünün qalibi - “Kəpəz” (Azərbaycan) - “Daçiya” (Moldova) cütünün qalibi

“Videoton” (Macarıstan) - “Zarya” (Moldova) cütünün qalibi - “Çukariçki” (Serbiya) - “Ordabası” (Qazaxıstan) cütünün qalibi

“Differdanj” (Lüksemburq) - “Kliftonvill” (Şimali İrlandiya) cütünün qalibi - AEK (Kipr) - “Folqor” (San-Marino) cütünün qalibi

”Maribor” (Sloveniya) - “Levski” (Bolqarıstan)

“Haken” (Norveç) - “Linfild” (Şimali İrlandiya) - “Kork Siti” (İrlandiya) cütünün qalibi

AİK (İsveç) - “Bala Taun” (Uels) cütünün qalibi - “Pünik” (Ermənistan) - “Europa” (Cəbəllütariq) cütünün qalibi

“Pyast” (Polşa) - “Höteborq” (İsveç) - “Landudno” (Uels) cütünün qalibi

“Teuta” (Albaniya) - “Kayrat” (Qazaxıstan) cütünün qalibi - “Makkabi” Təl-Əviv (İsrail) - “Qoritsa” (Sloveniya) cütünün qalibi

“Levadiya” (Estoniya) - “Torshavn” (Farer adaları) cütünün qalibi - “Slaviya” (Çexiya)

“Partizani” (Albaniya) - “Slovan” (Slovakiya) cütünün qalibi - “Breydablik” (İslandiya) - “Yelqava” (Latviya) cütünün qalibi

“La Fiorita” (San-Marino) - “Debretsen” (Macarıstan) cütünün qalibi - “Torpedo” (Gürcüstan)

“Genk” (Belçika) - “Rabotniçki” (Makedoniya) - “Buduçnost” (Monteneqro) cütünün qalibi

“Sloboda” (Bosniya və Herseqovina) - “Beytar” (İsrail) cütünün qalibi - “Banants” (Ermənistan) - “Omoniya” (Kipr) cütünün qalibi

“İaşi” (Rumıniya) - “Hayduk” (Xorvatiya)

”Sonderyuske” (Danimarka) - “Stromsqodset” (Norveç)