çərşənbə axşamı, 23 aprel 2024

VOLEYBOL

Rəqib ev oyununu Bakıd keçirəcək

22.06.2016 11:35 Oxundu 4153

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqasının yarımfinal mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib. Faiq Qareyevin yetirmələri finala gedən yolda Yunanıstanla hər 2 qarşılaşmanı Bakıda keçirəcək. Belə ki, rəqib artıq ev oyununa da paytaxtımızda çıxmağa razılıq verib. Bu səbəbdən də komandalar ardıcıl 2 gün üz-üzə gələcəklər. İyunun 25-də baş tutacaq qarşılaşmada Yunanıstan nominal ev sahibi olacağı halda, 1 gün sonra qonaq kimi meydana çıxacaq. “Azərreyl” Voleybol Mərkəzində təşkil olunacaq oyunlar saat 18:00-da başlayacaq.

Qeyd edək ki, digər yarımfinal cütündə Sloveniya və Slovakiya qarşılaşacaq.