çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

“2008-ci ildəki üçüncülük mənə yetmədi”

18.05.2016 10:09 Oxundu 2699

Türkiyə millisinin baş məşqçisi Fateh Terim Avro-2016-nın başlanmasına bir ay qalmış həmin yarışlarla bağlı çox mühüm açıqlamar verib. O, Türkiyə millisinin baş məşqçisi kimi üçüncü dəfə Avropa çempionatında iştirak edəcəyini vurğulayaraq deyib: “Biz Fransaya 5-ci və ya 6-cı olmağa deyil, daha yüksək hədəfə nail olmağa gedirik”.

Avro-2008-dəki uğurundan söz açan “İmperator” (2000-ci ildə Türkiyə futbol tarixində ilk dəfə olaraq Qalatasaray UEFA kubokunu qazanıb. Bu qələbədən sonra ona “İmperator” ləqəbi verilib): Orada həm bacarıqlı, həm də bir az şanssız idik. Orada oynadığımız yarımfinaldan çox şey öyrəndik. İndi daha yaxşısını etməyə gedirik. 2008-ci ildəki üçüncülük mənə yetmədi”, - deyib.

Təcrübəli məşqçi heyətə cəlb etdiyi futbolçuları daha yaxşı tanıdığını söyləyib: “Onların nə istədiklərini bilirəm. Lazım olan bir intizam ilə onları tərbiyələndirirəm. Bunu hiss etmək lazımdır” deyə danışdı.

“Almaniya bizim zənginliyimiz”

Alman futbolunu və Bundesliqada (alman futbol klublarının professional futbol liqası) forma geyinən türk əsilli futbolçuları yaxından təqib etdiyini dilə gətirən Fateh Terim deyib: “Bundesliqa bizim zənginliyimizdir. Burada infrastruktur təhsili çox yaxşıdır. Almaniyada təqib etdiyimiz bir çox futbolçu var. Almaniyanın üstünlük verdiyi türk oyunçulara hörmətlə yanaşırıq. Milli komanda qərarı ürəkdən gələcək. Aid olduğun ölkə üçün tər tökəcəksən. Məsələn, Məsud Özil və Sərdar Taşcıyı 15 yaşından bəri təqib edirik. Təklifimizi çatdırdıq, qərar onlarındır, hörmət etmək lazımdır. Yalnız Almaniyada deyil, Avropanın bir çox komandalarında türk əsilli oyunçularımız var. Onu da deyə bilərəm ki, sürpriz adlar də ola bilər”.

“Aytaç Sulunu çağıraram”

Avro -2016-ya cəlb edəcəyi heyətlə bağlı araşdırmaları davam etdirdiyini qeyd edeən Fateh Terim Borussia Dortmundda əlilliklərlə dolu bir mövsümü geridə qoyan Nuri Şahin və Darmstadtta sərgilədiyi çıxışla göz dolduran Aytaç Sulu haqqında isə belə deyib: “Nuri çox istedadlı bir futbolçudur. Təəssüf ki, aylarla əlilliyinə görə forma geymədi. Onu Fransaya aparıb-aparmayacağıma hələ qərar vermədim. Avropadakı bir çox oyunçu kimi Aytaç Sulu da izlənilir. Statistik məlumatları gəlir. Aytaç üçün də qərar vermədim. Amma məndə şans var”.