çərşənbə, 24 aprel 2024

ŞAHMAT

Zəka sahiblərimiz 3 gümüş və 1 bürünc medal qazanıblar

01.05.2017 07:57 Oxundu 3795

Rumıniyanın İaşi şəhərində məktəblilər arasında şahmat üzrə dünya çempionatı başa çatıb.

Mötəbər yarışda Azərbaycanın zəka sahibləri 3 gümüş və 1 bürünc medal qazanıblar.

Komandamızın aktivinə gümüş medalları Ziya Məmmədov (U7), Fərid Orucov (U9) və Süsən Məmmədova (U17), bürüncü isə Leyla Budaqova (U9) yazdırıb.

Yarışda iştirak edən digər şahmatçılarımız Murad Mehdizadə (U7) və Murad İbrahimli (U15) turnir cədvəlində yalnız əlavə göstəricilərdə rəqiblərindən geri qalaraq bürünc medalın bir addımlığında büdrəyiblər.

İaşi şəhər Mədəniyyət Sarayında klassik şahmat üzrə 7-dən 17 yaşadək məktəblilər arasında keçirilən dünya çempionatında 46 ölkədən 500 zəka sahibi iştirak edib. Azərbaycan yarışlarda 14 şahmatçı ilə təmsil olunub. Report