şənbə, 20 aprel 2024

VOLEYBOL

Almaniyaya uduzduq

25.05.2017 21:02 Oxundu 4721

Kişi voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir. Azərbaycan yığmasının yer aldığı A qrupunda II turun görüşlərinə start verilib. İlk matçda Türkiyəyə 0:3 hesabı ilə uduzan voleybolçularımız ikinci cəhdində bu gün Almaniya millisi ilə üz-üzə gəliblər. Fərid Cəlalovun yetirmələrinin bir gün öncə Ukraynaya qalib gələn rəqiblə oyuna yaxşı başlasalar da, bunun ardını gətirə bilməyiblər – 0:3.

Qeyd edək ki, yığmamız növbəti görüşünü sabah Ukraynaya qarşı keçirəcək.


25 may

Almaniya - Azərbaycan - 3:0 (29:27, 25:18, 25:18)

Hakimlər: Milan Raykoviç (Xorvatiya), Alin Mateyzer (Rumıniya)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

Almaniya: 1. Kristian Fromm, 2. Markus Stevervald, 3. Ruben Şot, 5. Morit Reyçert, 6. Denis Kaliberda, 8. Markus Böhme, 9. Giorgi Qrozer, 10. Şöps Yoçen, 11. İmmanuel Kampa, 13. Simon Hirş, 16. Julian Zenger, 17. Yan Zimmermann, 20. Filipp Kollin, Tobias Krik

Lion, İdman Sarayı

N

Ölkə

O

Q

M

S

T

X

1

Almaniya

2

2

0

6-0

154-118

6

2

Fransa

1

1

0

3-0

75-30

3

3

Türkiyə

1

1

0

3-0

75-55

3

4

Azərbaycan

2

0

2

0-6

118-154

0

5

Ukrayna

1

0

1

0-3

55-75

0

6

İslandiya

1

0

1

0-3

30-75

0