cümə, 26 aprel 2024

VOLEYBOL

Fərid Cəlalovun yetirmələri təsəlli axtarışına çıxacaq

28.05.2017 11:33 Oxundu 4921

Kişi voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının yer aldığı A qrupunda sonuncu V turun görüşləri baş tutacaq.İlk matçında Türkiyəyə, ikinci oyunda Almaniyaya, ardınca Ukraynaya, 4-cü matçda isə Fransaya 0:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri sonuncu qarşılaşmasında İslandiya ilə üz-üzə gələcəklər. Millimiz kimi ilk 4 oyununda məğlub olan rəqibə qarşı yığmamız təsəlli axtarışına çıxacaq.

28 may

17:00. Azərbaycan – İslandiya

Hakimlər: Alin Mateyzer (Rumıniya), Stefan Qreyder (İsveçrə)

Lion İdman Sarayı

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

N

Ölkə

O

Q

M

S

T

X

1

Fransa

4

4

0

12-0

300-177

12

2

Almaniya

4

4

0

12-0

304-216

12

3

Türkiyə

4

2

2

6-6

266-263

6

4

Ukrayna

4

2

2

6-6

248-252

6

5

Azərbaycan

4

0

4

0-12

222-304

0

6

İslandiya

4

0

4

0-12

172-300

0