bazar, 24 sentyabr 2017

Menu

bazar, 24 sentyabr 2017

DIGƏR NÖVLƏR

Yaxşı başlamadıq

17.06.2017 14:43

İyunun 15-23 aralığında Yaponiyanın paytaxtı Tokioda kişilər və qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçirilir.

Ağır Atletika Federasiyasının mətbuat xidmətindən verilən xəbərə görə, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Onlardan Kənan Xəlilov və Məhəmməd Məmmədli 62 kq çəki dərəcəsində mübarizəyə qoşulublar.

Toplam 250 kq (120+130) nəticə göstərən Kənan Xəlilov bu çəki dərəcəsində 12-ci, toplam 260 kq (115+145) nəticə göstərən Məhəmməd Məmmədli isə 9-cu yeri tutub.

Oxundu: 222

© 2017 - NSPSOLUTIONS