şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Rusiya qalib gəldi VİDEO

17.06.2017 21:38 Oxundu 1728

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017 start götürüb. 8 komandanın mübarizə apardığı turnirin açılış matçı Rusiya və Yeni Zelandiya yığmaları arasında keçirilib.

Ruslar ev sahibləri olduqları halda, Yeni Zelandiya Okeaniya Futbol Konfederasiyasının çempionu (2016) kimi yarışda iştirak etmək hüququ qazanıb.

Sankt-Peterburq şəhərində keçirilən və kolumbiyalı referi Vilmar Roldan idarə etdiyi qarşılaşmanı meydan sahibləri qazanıblar. Ruslar iki cavabsız qola seviniblər.

A qrupunun digər oyunu isə sabah Portuqaliya və Meksika arasında baş tutacaq.

Qeyd edək ki, Konfederasiyalar Kubokunda Rusiya və Yeni Zelandiya milliləri ilə yanaşı, son dünya çempionu Almaniya (2014), Avropa çempionu Portuqaliya (2016), Asiya kubokunun qalibi Avstraliya (2015), Amerika kubokunun birincisi Çili (2015), KONKAKAF-ın qalibi Meksika (2015) və Afrika Millətlər Kubokunun sahibi Kamerun (2017) da mübarizə aparacaq.

FİFA Konfederasiyalar Kuboku – 2017

A qrupu

17 iyun

Rusiya – Yeni Zelandiya - 2:0

Qollar: Boxall, 31 (öz qapısına), Smolov, 69

Baş hakim: Vilmar Roldan (Kolumbiya)

Sankt-Peterburq. “Krestovski” stadionu

R