şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Zirə" 8 qolla qalib gəldi

17.06.2017 21:51 Oxundu 1528

Avropa Liqasında iştirak edəcək “Zirə” Türkiyə toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb. Ayxan Abbasovun yetirmələri Kamerunun “Columbe Sportive” klubu ilə üz-üzə gəliblər. apanın məlumatına görə, qarşılaşma təmsilçimizin 8:0 hesablı darmadağını ilə yekunlaşıb. "Zirə"nin yeni transferi Belfort ilk matçındaca dubl edib. Riçard Qadzenin də iki qolla yadda qaldığı matçda Orxan Əliyev, Təmkin Xəlilzadə, Müşviq İlyasov və Sadiq Quliyev hərəyə bir dəfə fərqləniblər.“Columbe Sportive” bundan öncə Boluda digər klubumuz “İnter”lə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Zirə” isə ilk yoxlama görüşündə “İnter”ə qalib gəlib – 2:0.

Yoxlama oyunu

17 iyun

“Zirə” – “Columbe Sportive” - 8:0

Qollar: Belfort (2), Qadze (2), Müşviq İlyasov, Təmkin Xəlilov, Sadiq Quliyev, Orxan Əliyev

“Zirə”: Anar Nəzirov, Yovan Krneta, Adil Nağiyev, Jozef Boum II, Təmkin Xəlilzadə, Nicat Qurbanov, Milan Duriç, Vüqar Mustafayev, Orxan Əliyev, Kervens Belfort, Riçard Qadze

Sonradan meydana çıxanlar: Kamal Bayramov, Abdulla Seydəhmədov, Sadiq Quliyev, Aleksandr Şemonayev, Viktor İqbekoyi, İlkin Muradov, Sahil Cəfərov, Muşfiq İlyasov, Vüsal İsgəndərli, Elgün Nəbiyev, Elçin Əliyev