cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

“Real” Ronaldonu iradəsinin əksinə klubda saxlamaq niyyətində deyil

18.06.2017 14:54 Oxundu 1566

“Real” Madrid hücumçu Kriştiano Ronaldonu onun iradəsinin əksinə klubda saxlamaq niyyətində deyil. Bunu “Real” Madrid futbol klubunun prezidenti Florentino Peres deyib. O bildirib ki, komandanın maraqlarını ayrı-ayrı oyunçuların maraqlarından həmişə yüksəkdə tutacaq. Klub rəhbərliyi hesab edir ki, K. Ronaldo məvacibinin artırılması üçün klubu şantaj edir.

Xatırladaq ki, 32 yaşlı portuqaliyalının klubu tərk etmək niyyətinin olması barədə məlumat iyunun 16-da yayılıb. K. Ronaldo F. Pereslə görüşdə bəyan edib ki, İspaniya prokurorluğunun ona qarşı irəli sürdüyü ittihamlar səbəbindən klubdan ayrılmaq istəyir. İyunun 13-də K. Ronaldoya qarşı 14,7 milyon avro məbləğində vergidən yayınma ittihamı üzrə iş açılıb. İdmançı təqsirkar olmadığını bildirir.