cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

“Zirə” kamerunlular üzərində 8-0 hesablı qələbə qazandı

19.06.2017 00:14 Oxundu 1562

Türkiyənin Bolu şəhərində təlim məşq toplanışında olan “Zirə” ikinci yoxlama yoxlama oyununu keçirib. Komanda Kamerunun “Kolumbe Sportivo” klubu ilə üz-üzə gəlib. Baş məşqçi Ayxan Abbasov start heyətində, Anar Nəzirov, Yovan Krneta, Adil Nağiyev, Jozef Boum II, Təmkin Xəlilzadə, Nicat Qurbanov, Milan Duriç, Vüqar Mustafayev, Orxan Əliyev, Kervens Belfor və Riçard Qadzeyə yer verdi.


Qarşılaşmanın ikinci hissəsində isə Kamal Bayramov, Abdulla Seydəhmədov, Sadiq Quliyev, Aleksandr Şemonayev, Viktor İqbekoyi, İlkin Muradov, Sahil Cəfərov, Muşfiq İlyasov, Vüsal İsgəndərli, Elgün Nəbiyev, Elçin Əliyev meydana çıxdı.


Oyuna sürətli başlayan “qartallar” erkən qollarla rəqibi sarsıdıb. “Zirə”nin yeni transferi Kervens Belfor ilk 5 dəqiqədə dublunu rəsmiləşdirdi. Fasiləyə qədər həmçinin, Riçard Qadze 2, Təmkin Xəlilzadə və Orxan Əliyev isə bir qola imza atdı. İlk yarı komandamızın 6-0 hesablı qələbəsi ilə başa çatdı. İkinci hissədə isə Sadiq Quliyevlə Müşfiq İlyasov rəqib qapısına yol tapdı. “Zirə” kamerunlular üzərində 8-0 hesablı qələbə qazandı.


İlk yoxlama oyununda Bakı “İnter”i üzərində 2-0 hesablı qələbə qazanan “qartallar” iyunun 20-də keçiriləcək sonuncu yoxlama oyununda Rumıniyanın “Vitorul” klubu ilə üz-üzə gələcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18-00-da başlayacaq.