cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Avroliqada rəqiblərimiz bəlli oldu

19.06.2017 15:58 Oxundu 1567

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə Azərbaycanın qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçilərinin də rəqibləri bəlli olub.

Bu yarışda ölkəmizi üç komanda təmsil edəcək. “Zirə” və “İnter” I, “Qəbələ” II təsnifat mərhələsindən yarışa qatılacaq.

Ümumilikdə isə Avropa Liqasının I təsnifat mərhələsində 100 komanda mübarizə aparacaq ki, onlar da püşkdə 50 cütlük təşkil edib.

“İnter” Serbiyanın “Mladost” komandası ilə görüşəcək. İlk oyun səfərdə baş tutacaq. “Zirə” isə ilk oyunu evdə keçirəcək. Qəsəbə klubu Lüksemburq “Differdanj”ı ilə qarşılaşacaq.

Ardınca 50 cütlük və 16 klub növbəti püşkatmada iştirak edib. Burada 33 cütlük yaranıb. Yarışa II təsnifat mərhələsindən başlayan “Qəbələ” “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə rəqib olub. “Mladost” - “İnter” cütünün qalibi “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) duelinin güclüsü ilə görüşəcək. “Zirə” – “Differdanj”ın cütünün qalibinin rəqibi isə “Astra” olacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

(29/6 iyul)

“Makkabi” (Təl-Əviv, İsrail) - “Tirana” (Albaniya)

“Kayrat” (Qazaxıstan) - “Atlantas” (Litva)

“Beytar” (İsrail) - “Vaşaş” (Macarıstan)

“Ordabaşı” (Qazaxıstan) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina)

“Srvena Zvezda” (Serbiya) - “Floriana” (Malta)

“Valletta” (Malta) - “Folqor” (San Marino)

“Ventspils” (Latviya) - “Valyur” (İslandiya)

“Sent Conston” (Şotlandiya) - “Trakai” (Litva)

“Odd” (Norveç) - “Ballimena” (Şimali İrlandiya)

“Şaxtyor” (Belarus) - “Suduva” (Litva)

“Mladost” (Serbiya) - “İnter” (Azərbaycan)

“Çixura” (Gürcüstan) - “Rayndorf” (Avstriya)

“Fola” (Lüksemburq) - “Milsami” (Moldova)

“Partizani” (Albaniya) - “Botev” (Bolqarıstan)

“UE Santa Koloma” (Andorra) - “Osiyek” (Xorvatiya)

“Zarya” (Moldova) - “Sarayevo” (Bosniya və Herseqovina)

“Bala Taun” (Uels) - “Vaduts” (Lixtenşteyn)

“Vaasa” (Finlandiya) - “Olimpiya” (Sloveniya)

“Konnak” (Uels) - HİK (Finlandiya)

SJK (Finlandiya) - “Reykyavik” (İslandiya)

“Şirak” (Ermənistan) – “Qoritsa” (Sıoveniya)

“Zirə” (Azərbaycan) - “Differdanj” (Lüksemburq)

“Voyvodina” (Serbiya) - “Rujomberok” (Slovakiya)

“Slovan” (Slovakiya) - “Pünik” (Ermənistan)

“Rabotniçki” (Makedoniya) - “Tre Penne” (San-Marino)

“Qlazqo Reyncers” (Şotlandiya) - “Proqres” (Lüksemburq)

“Domjale” (Sloveniya) - “Flora” (Estoniya)

“Kruzaders” (Şimali İrlandiya) - “Liepaya” (Latviya)

“Kalyu” (Estoniya) - B-36 (Farer adaları)

“Levadiya” (Estoniya) - “Kork Siti” (İrlandiya)

“Şkendiya” (Makedoniya) - “Daçiya” (Moldova)

“Levski” (Bolqarıstan) - “Sutyeska” (Monteneqro)

“İrtış” (Qazaxıstan) – “Dunav” (Bolqarıstan)

“Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan)

“Jelezniçar” (Bosniya və Herseqovina) - “Zeta” (Monteneqro)

AEK (Kipr) - “Linkoln” (Cəbəllütariq)

“Midtyulland” (Danimarka) - “Derri Siti” (İrlandiya)

“Dinamo” (Belarus) - “Runavik” (Farer adaları)

“Ferensvaroş” (Macarıstan) - “Yelqava” (Latviya)

“Lyunqbyu” (Danimarka) - “Banqor” (Uels)

“Trençin” (Slovakiya) - “Torpedo” (Gürcüstan)

“Lex” (Polşa) - “Pelister” (Makedoniya)

“Mladost” (Monteneqro) - “Qandzasar” (Ermənistan)

“Videoton” (Macarıstan) - “Baltsan” (Malta)

AEL (Kipr) - “Sent Cozef” (Cəbəllütariq)

“Skenderbeu” (Albaniya) - “Sent Culiya” (Andorra)

“Hoqesund” (Norveç) - “Kolreyn” (Şimali İrlandiya)

“Styarnan” (İslandiya) - “Şemrok Rovers” (İrlandiya)

“Norçepinq” (İsveç) - “Priştina” (Kosovo)

AİK (İsveç) - “Klaksvik” (Farer adaları)