cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

"Neftçi" "Şalke" ilə qarşılaşacaq

19.06.2017 16:50 Oxundu 1704

"Neftçi” PFK-nın hazırlıq planı müəyyənləşib. İyunun 26-da Bakıda təlim-məşq toplanışına başlayacaq komanda iyulun 24-də ölkə xaricinə çıxacaq. Hazırlıq prosesi avqustun 3-dək Avstriyanın Kirxdorf bölgəsində təşkil olunacaq. Toplanış çərçivəsində ilk yoxlama oyunu iyulun 26-da Bakı vaxtı ilə saat 20:00-da Almaniyanın "Şalke” klubuna qarşı olacaq. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq. "Neftçi”nin yay hazırlıq planı ilə bağlı ətraflı məlumat yaxın günlərdə rəsmi saytda dərc olunacaq.