cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

Rəşad Sadıqov: "“Samtredia”nın daha bir üstünlüyü odur ki..."

20.06.2017 00:19 Oxundu 1550

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuyla qarşılaşacaq. Komandamının kapitanı Rəşad Sadıqov püşk haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

"Çempionlar Liqasında hər ölkənin çempionları mübarizə aparır. 4-5 ölkə var idi ki, onların çempionlarıyla oynamaq istəməzdim, bunlardan biri də Gürcüstan idi. Çünki Gürcüstan futbolu həmişə özünəməxsusluğuyla seçilib. Rəqibimiz də ötən mövsüm çempion olub. Komandanı yaxşı təhlil edib daha yaxından tanımağa çalışacağıq. Şansları bərabəri dəyərləndirirəm. Cavab oyunun səfərdə olması isə rəqib üçün üstünlükdür. “Samtredia”nın daha bir üstünlüyü odur ki, Gürcüstanda hal-hazırda çempionat davam edir. Bizim komanda isə istirahətdən gəlir və bir çox futbolçumuzun oyuna qədər optimal forma yığması çox çətin olacaq, vaxtımız da azdır. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik, inşallah oyuna yaxşı hazırlaşıb lazım olan nəticəni qazanmağa çalışacağıq".