şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Samir Abasov: "Qalib gəlsək də, problemlərimiz qalır"

21.07.2017 13:47 Oxundu 1868

Türkiyənin Bolu şəhərində hazırlığını davam etdirən "Sumqayıt" ikinci yoxlama oyununa çıxıb. Rəqib Səudiyyə Ərəbistanın "Al-Fateh" komandası olub. Oyun 3:0 hesabı ilə həmyerlilərimizin xeyrənə başa çatıb. Topları Rəşad Eyyubov (2) və Ramil Həsənov vurublar.

Oyun haqqında baş məşqçi Samir Abasov bunları deyib: "Bu ikinci yoxlama oyunu idi. 3:0 hesabı ilə qalib gəlsək də oyun bir sıra probləri üzə çıxardı. Elə yoxlama oyunları bu probler üzə çıxarmaq və onların üzərində işləməklə çempionata hazır gəlmək üçün keçirilir. Uşlərimizi plan üzrə davam etdiririk. Daha 2 yoxlama görüşü keçirəcəyik və bu oyunlarda problemlərimizi aradan qaldırmağa çalışacağıq.