cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

"Qəbələ" şansı rəqibə verdi

28.07.2017 11:55 Oxundu 1932

Avropa Liqasında III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti sınağına çıxıb. Komandamız Yunanıstan “Panatinaikos”u ilə qarşılaşıb.

İlk dəqiqələrdən rəqibin aramsız hücumlarina məruz qalan futbolçularımız oyunu bərabərləşdirməyə nail olub. Hətta bir neçə dəfə rəqib qapısı ağzında təhlükəli vəziyyət də yaradıblar. Lakin bu hücumların heç biri məntiqi sonluğa çatmayıb. Oyunun 37-ci dəqiqədə sin də isə qapımıza penalti təyin olunub. Gilerme Molins fürsəti əldən verməyib - 1:0. Bundan sonra tərələrin heş biri uğur qazana bilməyib. Qəbələlilər rəqib meydançasında iki top qiymətində olan qol imkanlarından istifadə edə bilməyiblər. İndi Yunanıstan komandası belə bir imkan əldə edib. Onların Bakıda vuracağı bir qol cütün taleyini həll etmək gücündə olacaq.

“Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) - 1:0

Qol: Molins, 37 (pen.)

Baş hakim: Xuan Martinez Munuera (İspaniya)

Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)

Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)

Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)

UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)

Afina. “Apostolos Nikolaidis” stadionu

“Panatinaikos”: 99. Odisseas Vlaxodimos, 7. Omri Altman (6. Kristos Donis-87-ci dəq.), 8. Gilyerme Molins,( 18. Lusiano-70-ci dəq.) 10. Zeka (k), 17. Robin Lod, 21. Dmitres Korbelis, 23. Niklas Hult, 26. Dmitrios Kolovetsios, 31. Rodriqo Moledo, 39. Anastasios Çatziqiovanis (11. Brayan Kabesas- 70-ci dəq.), 78. Usman Kulibali

Baş məşqçi: Marinos Ozounidis

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 9. Baqali Dabo, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone (45. Famussa Kone- 76-ci dəq), 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz

Baş məşqçi: Roman Qriqorçuk