cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Küveytli hakimlər Bakıda təlim keçirlər

18.08.2017 13:52 Oxundu 2245

Küveyt Futbol Assosiasiyası hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına müraciət edib. Müraciət əsasında avqustun 18-dən sentyabrın 6-dək Bakı Olimpiya Stadionunda küveytli hakimlərin toplanışı keçiriləcək. Yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq məşqlərdən sonra test keçirilərək sertifikatlaşdırılacaq.

Mənbə: affa.az