çərşənbə axşamı, 21 noyabr 2017

Menu

çərşənbə axşamı, 21 noyabr 2017

BOKS

Şahsuvarlı və Sotomayorun ilk rəqibi dəqiqləşib

26.08.2017 13:46

Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin daha 2 boksçusunun ilk rəqibi dəqiqləşib.

Azərbaycan Boks federasiyasından "Cempion.az"a verilən məlumata görə, 64 kq çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor 1/8 finalda Eslam Muhamedlə (Misir) gücünü yoxlayacaq.

Olimpiya mükafatçımızın rəqibinin adı mundialın startı günü məlum olub. 1/16 finalda Nurlan Kobaşevi (Qırğızıstan) 3:2 hesabı ilə məğlub edən Muhamed mərhələ adladığından Sotomayorla qarşılaşacaq. İlk mərhələdən azad olan təmsilçimiz misirli boksçu ilə sabah döyüşəcək.

75 kq çəki dərəcəsində mübarizə aparacaq Kamran Şahsuvarlı isə 1/8 finalda Maks Van der Pasla (Hollandiya) üz-üzə gələcək. Avropa çempionatının gümüş medalçısının rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Lester Martinesi (Qvatemala) yarışdan kənarlaşdıran hollandiyalı (3:2) ilk mərhələdən azad olan həmyerlimizlə qarşılaşmaq hüququ qazanıb. Şahsuvarlının da ilk döyüşü avqustun 27-də olacaq.

Oxundu: 394

© 2017 - NSPSOLUTIONS