çərşənbə axşamı, 21 noyabr 2017

Menu

çərşənbə axşamı, 21 noyabr 2017

DIGƏR NÖVLƏR

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə qoşulur

29.08.2017 10:25

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün daha 2 çəki dərəcəsində mübarizə gedəcək.

İkinci yarış günündə qadınlar 52 kq, kişilər isə 66 kq çəkidə qüvvələrini sınayacaqlar. Qadınların yarışında Azərbaycanı Buyanxişiq Purevsurenlə Nəzakət Əzizova, kişilər arasında isə Nicat Şıxəlizadə təmsil edəcək.

Kişilər

66 kq

1/32 final. Nicat Şıxəlizadə - Yeldos Jumaxanov (Qazaxıstan)

Qadınlar

52 kq

1/32 final. Buyanxişiq Purevsuren - Natalya Kuzyutina (Rusiya)

1/32 final. Nəzakət Əzizova - İkram Sukate (Mərakeş)

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yalnız finalda yaponiyalı dünya və Asiya çempionu Naohişa Takatoya məğlub olaraq gümüş medal qazanıb. 48 kq çəki dərəcəsində yarışan Azərbaycanın qadın cüdoçuları Leyla Əliyeva və Bazarraqça Erdenebat isə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.

Oxundu: 361

© 2017 - NSPSOLUTIONS