05.09.2017 09:15
5179
Kişi voleybolçular arasında Polşada keçirilən Avropa çempionatına yekun vurulub.
Yarışın qalibi adını Rusiya millisi qazanıb.
Onlar finalda Almaniya millisinə 3:2 (25:19, 20:25, 25:22, 17:25, 15:13) hesabı ilə qalib gəliblər. Bürünc medallar isə Serbiyaya qismət olub. Serblər üçüncü yer uğrunda görüşdə Belçikanı məğlub ediblər – 3:2 (25:17, 22:25, 19:25, 25:22, 15:12).
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı Azərbaycan və Gürcüstanda keçiriləcək. Apasport