cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Türkiyə yenidən ümidləndi

06.09.2017 14:37 Oxundu 2101

Futbol üzrə Türkiyə yığması DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində Xorvatiya komandasına 1:0 hesabı ilə qalib gəlib. Oyunun taleyini müəyyənləşdirən yeganə qolu 75-ci dəqiqədə Cenk Tosun vurub.

Bu qələbədən sonra Türkiyə millisi Rusiyaya getmək şanslarını xeyli artırıb. Xallarını sayını 14-ə çatdıran Türkiyə hazırda qrupda Ukrayna ilə üçüncü və dördüncü yerləri bölüşdürür. Qrupda liderlik edən Xorvatiya və İslandiya yığmalarının hər birinin 16 xalı var. Növbəti oyunda Türkiyə İslandiya milli komandası ilə öz meydançasında qarşılaşacaq. Mirko Luçekonun yetirmələri qrupun son oyununu rəqib meydançada Finlandiyaya qarşı keçirəcək.