cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

“Çelsi”nin sonuncu səbət klubları ilə son 10 ev oyunu

12.09.2017 13:47 Oxundu 2021

Bu gün Çempionlar Liqasında ilk tura start veriləcək.

C qrupunda mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” Londonda “Çelsi”nin qonağı olacaq.

İngiltərə təmsilçisi qrupa I, Ağdam klubu sonuncu səbətdən düşüb. Bu da britaniyalılara maraqlı müqayisə üçün mövzu verib.

Onlar “Çelsi”nin qrupa sonuncu səbətdən gələn rəqiblərlə son 10 ev qarşılaşmasının siyahısını dərc edib. Bu “onluq”dan yalnız ikisi “Stemford Bric”i xalla tərk edib.

“Qarabağ” üçün nümunə olan bu komandalar APOEL və “Rusenborq”du. Təmsilçimizdən heç də ciddi şəkildə fərqlənməyən bu iki klubun reallaşdırdığını Qurban Qurbanovun yetirmələri də gerçəkləşdirə bilər. Yəni, sensasiya inandırıcı olmasa da, mümkünsüz də deyil.

Amma sonuncu belə hadisə 8 il öncə olub. 2009/10 mövsümündən sonra ardıcıl 6 qələbə qazanan London klubu son üç dueldə qapısını da toxunulmaz saxlayıb.

Ümumiyyətlə isə son 10 belə matçda 8 qələbə qazanıb, 2 heç-heçə edən “Çelsi” 31 qol vurub, 6-nı buraxıb. Apasport

“Çelsi”nin sonuncu səbət klubları ilə son 10 ev oyunu

2015/16

“Makkabi” (Təl-Əviv, İsrail)

4:0

2014/15

“Maribor” (Sloveniya)

6:0

2013/14

“Styaua” (Rumıniya)

1:0

2012/13

“Nordsyelland” (Danimarka)

6:1

2011/12

“Genk” (Belçika)

5:0

2010/11

“Jilina” (Slovakiya)

2:1

2009/10

APOEL (Kipr)

2:2

2008/09

“Kluj” (Rumıniya)

2:1

2007/08

“Rusenborq” (Norveç)

1:1

2006/07

“Levski” (Bolqarıstan)

2:0