cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Neymarla Kavani pul üstündə boğuşurlar

20.09.2017 13:43 Oxundu 1899

Yay transfer dönəmində Fransanın "PSJ" klubuna keçən braziliyalı ulduz Neymar uruqvaylı Edinson Kavani ilə bir komandada oynamaq istəmədiyini klubun rəhbərliyinə çatdırıb. O şəxsən klubun prezidenti və sahibi olan Nasser əl-Xəllaifiyə müraciət edərək Kovaninin satılmasını tələb edib. Lakin hazırda transfer pəncərəsi bağlandığından bu mümkün deyil. Əgər qış transfer pəncərəsi zamanı Kkavani satılarsa onda o, Çempionlar Liqasında oynaya bilməyəcək. Çünki Kavani artıq "PSJ"nin tərkibində ÇL oyunlarına çıxıb.

Qeyd edək ki, Fransa çempionatının 6-cı turunda "Lion"la oyunda Kavani təyin olunmuş penaltini Neymarın vurmasına razı olmayıb, özü isə penaltini qola çevirə bilməyib. Fransa mətbuatının xəbərlərinə görə həmin oyundan sonra paltardəyişmə otağında Neymarla Kavani hətta əlbəyaxa olublar və münaqişənin böyüməsinin qarşısını kapitan Tiaqo Silva alıb.

Sızan informasiyalara görə, münaqişənin əsl səbəbi penalti vurulmasındakı anlaşılmazlıq deyil. Bildirilir ki, Kavanin kontraktında belə bir maddə var: Əgər çempionatın sonunda hücumçu bombardir olarsa, onda bonus kimi əlavə bir milyon avro alacaq. Ehtimal edilir ki, bu maddə Neymarın da kontraktında var və münaqişənin kökü də bundadır.

Xatərladaq ki, 6 turdan sonra Kavani 7, Neymar isə 4 dəfə fərqlənib. Bombardirlər siyahısına isə hələlik "Monako"nun hücumçusu Rademal Falkao liderlik edir. Onun hesabında 9 qol var.