şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Göyçayda futbol tədbiri

22.09.2017 15:49 Oxundu 2045

Sentyabrın 22-də Göyçay rayonunda “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib.

AFFA və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Göyçay rayonundan seçilmiş millət vəkili Sabir Hacıyev, İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.

Tədbirdə çıxış edənlər ilk növbədə UEFA-nın İcraiyyə Komitəsinin 2019-cu ildə Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qəbul etdiyi qərarın əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, uşaqlar isə əyləncəvi futbol nümayiş etdiriblər.

Mənbə: affa.az