Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

VOLEYBOL

Cavid Qurbanovu görən olsa, desin ki...

25.09.2017 16:21

Azərbaycanda voleybol üzrə Avropa Çempionatı keçirilir. Xəbəri olan var? Xəbəri olan yoxdursa, arada idman televiziylarına baxsın. Orada görsəniz ki, canlı efirlə voleybol oyunu göstərilir, bilin ki, bu, Bakıda keçirilən Avropa Çempionatının oyunudur. Birdən bu barədə xəbəri Azərbaycan Voleybol Federasıyasının rəsmi saytından almaq fikrinə düşərsiniz. Aman haa... Gül kimi vaxtınızı sərf eləyib özünüzü əziyyətə salmayın. Heç nə tapa bilməyəcəksiniz. Ən yaxşı halda artıq oynanılmış oyunun başlanma vaxtını öyrənəcəksiniz. Üzr istəyirəm, sayt tamam boş deyil, orada tapa biləcəyiniz informasiyalar da ola bilər. Məsələn, oradan öyrənə bilərsiniz ki, Federasıyanın prezidenti Cavid Qurbanovdur. Hətta onun qəşəng çəkilmiş fotosunu tapa bilərsiniz. Amma təəssüf ki, foto ilə danışmaq olmur. Danışmaq olsaydı, ona bir neçə sual verəcəkdim, Məsələn, soruşacaqdım ki, voleybol meydançasının ölçüləri nə qədərdir? Soruşacaqdım ki, voleybol topla oynanır, yoxsa şayba ilə? Ümumyyətlə, əllə oynanır, yoxsa başla? Belə suallarım çoxdur. Amma təəssüf ki, foto danışa bilmir ki, suallarıma cavab versin. Özünü isə tapa bilmirəm. Əgər Cavid müəllim Qurbanovu görən olsa, sual verməsə də, ona desin ki, Bakıda voleybol üzrə Avropa Çempionatı keçirilir. Bilirəm, inanmayacaq. Çünkü, onun rəhbərlik etdiyi qurumun rəsmi saytının bundan xəbəri yoxdur. O da yəqin ki, xəbəri özünün saytından alır. Amma Cavid müəllimi görən olsa əl çəkməsin, onu inandırmağa çalışsın ki, Bakıda şıdırğı Avropa Çempionatının oyunları keçirilir. Əgər inandıra bilsə, bəlkə muştuluqdan-zaddan aldı.

Oxundu: 375

© 2017 - NSPSOLUTIONS