cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Qurban Qurbanov: "Bu turnirin futbolçularımıza böyük faydası olacaq"

19.10.2017 13:01 Oxundu 2244

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atletiko"yla qolsuz heç-heçə nail olduğu oyundan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Qurban Qurbanov öz fikirlərini bildirib:

"Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Çox əziyyət çəkdilər. Həqiqətən, ağır oyun oldu. Uşaqlar sona qədər düzgün oynamağa çalışdılar və maksimum güclərindən də artığını meydanda qoydular. Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular, onlara da təşəkkürümü bildirirəm. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq".