cümə, 29 mart 2024

BİZİM FUTBOL

AFFA "fair-play" barədə UEFA-nı məlumatlandıracaq

06.11.2017 13:00 Oxundu 2813

AFFA Azərbaycan Premyer Liqasında XI turun "Kəpəz” – “Qarabağ” oyununda qeydə alınmış fair-play nümunəsi barədə UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat verəcək.

Milli assosiasiyanın rəsmi saytının xəbərinə görə, müraciətdə "Kəpəz"in futbolçusu Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti əksini tapacaq.

26-cı dəqiqədə, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.

Qeyd edək ki, bu epizoddan az sonra ardıcıl qollar vuran "Qarabağ" qələbə qazanıb - 2:0.