Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

DÜNYA FUTBOLU

Çempionlar Liqasının ən sürətli futbolçuları müəyyənləşib

07.11.2017 15:03

Çempionlar Liqasının arxada qalan 4 turunun ən sürətli futbolçuları açıqlanıb.

Söhbət futbolçuların oyun ərzindəki ümumi sürətindən gedir.

Yəni 1 saat ərzində ən çox məsafə qət edənlərin adları bəlli olub. UEFA-nın rəsmi saytı ən azı 200 dəqiqə meydanda olan və ya 3 oyunda forma geyinənlərin göstəricilərini hesablayıb.

Turnirin rekordçusu Kristian Eriksendi. O, hər saata 8,43 km qət edib. Ümumiyyətlə isə 8 oyunçu saatda 8 km-dan artıq qaçmağa nail olub.

UEFA-nın açıqladığı “11-lik”də Azərbaycan çempionu “Qarabağ”ın üzvü yer almayıb. Düzdü, təmsilçimizin braziliyalı legioneri qət etdiyi ümumi məsafənin uzunluğuna görə Çempionlar Liqasında 7-cidi.

Amma 46 km 469 m məsafə qət edən Riçard 4 oyunda 360 dəqiqə oynayıb. Cənubi amerikalı saata 7,74 km qət edə bilib.

Onun belə orta sürəti UEFA-nın tərtib etdiyi 11 futbolçudan ibarət siyahıya düşmək üçüm yetərli olmayıb. Hərçənd siyahıda sürəti 8 km/s-dan aşağı olan üç oyunçu da yer ala bilib. Yarımmüdafiəçimizi “11-lik”dən 0,22 km/s ayırır. Apasport.az

yer

futbolçu

Klubu

Km/s

km

dəq

m/dəq

1

Kristian Eriksen

Tottenhem (İngiltərə)

8,43

37935

270

140,50

2

Qayas Zahid

APOEL (Kipr)

8,28

39614

287

138,03

3

Mohammed Elyunussi

Bazel (İsveçrə)

8,21

39141

286

136,86

4

Pieter Gerkens

Anderlext (Belçika)

8,18

35600

261

136,40

5

Marek Hamşik

Napoli (İtaliya)

8,15

40471

298

135,88

6

Pyotr Zelinski

Napoli (İtaliya)

8,13

23997

177

135,58

7

Blaz Vrnoviç

Maribor (Sloveniya)

8,09

34921

259

134,83

8

Kevin De Bruyne

Mançester Siti (İngiltərə)

8,01

48052

360

133,48

Oxundu: 104

© 2017 - NSPSOLUTIONS