cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

AFFA "Kəpəz" klubu stadionu sulamadığı üçün cərimələyib

08.11.2017 15:35 Oxundu 3665

AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının XI turunun 2 oyununda baş verənlərlə bağlı tədbir görülüb.

“Qarabağ”la görüşdə “Kəpəz” klubu meydanı sulamadığı üçün 800 manat cərimələnib.

“Zirə” ilə matçda isə “Neftçi”nin azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. İntizam Komitəsi qərara alıb ki, stadiona dəymiş ziyan əsasında “Zirə”nin təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödənilsin. Report