Cümə axşamı, 23 noyabr 2017

Menu

Cümə axşamı, 23 noyabr 2017

DÜNYA FUTBOLU

"France Football" "Qızıl top" mükafatının təqdim olunacağı tarixi açıqlayıb

10.11.2017 17:00

"France Football" nəşri 2017-ci il üçün "Qızıl top" mükafatının təqdim olunacağı tarixi açıqlayıb.

Bakı vaxtı ilə saat 22:45-də start götürəcək mərasim dekabrın 7-də keçiriləcək.

Mükafatı Fransa yığmasının sabiq futbolçusu David Jinola və rejissor Jerom Revon təqdim edəcəklər.

“Qızıl top”a 30 namizəd var: Kriştianu Ronaldu ("Real Madrid", Portuqaliya), Eden Azar ("Çelsi", Belçika), Leonardo Bonuççi ("Milan", İtaliya), İsko ("Real Madrid", İspaniya), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi ("Barselona", Argentina), Pyer-Emerik Obameyanq ("Borussiya" Dortmund, Almaniya), Edinson Kavani (PSJ, Fransa), Mats Hummels ("Bavariya", Almaniya), Kərim Benzema ("Real Madrid", Fransa), Antuan Qrizmann ("Atletiko", Fransa), Toni Kroos ("Real Madrid", Almaniya), Canluici Buffon ("Yuventus", İtaliya), Sadio Mane ("Liverpul", Seneqal), Radamel Falkao ("Monako", Kolumbiya), Kevin de Breyne ("Mançester Siti", Belçika), Robert Levandovski ("Bavariya", Polşa), David de Xea ("Mançester Yunayted", İspaniya), Harri Keyn ("Tottenhem", İngiltərə), Edin Ceko ("Roma", Bosniya və Herseqovina), Luis Suares ("Barselona", Uruqvay), Serxio Ramos ("Real Madrid", İspaniya), Yan Oblak ("Atletiko", Sloveniya), Filippe Koutinyo ("Liverpul", Braziliya), Dris Martens ("Napoli", Belçika), Neymar ("Barselona", Braziliya), Luka Modriç ("Real Madrid", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real Madrid", Braziliya) və NQolo Kantedir ("Çelsi", Fransa).

Qeyd edək ki, ötən mövsüm “Qızıl top”a “Real Madrid”in futbolçusu Kriştianu Ronaldu layiq görülüb. Portuqaliyalı hücumçu FİFA versiyasına əsasən, 2017-ci ilin ən yaxşı oyunçusu seçilib. Report

Oxundu: 95

© 2017 - NSPSOLUTIONS