cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

UEFA Azərbaycanın avrokuboklarda iştirak etməyən klublarına da vəsait ayırıb

20.11.2017 13:55 Oxundu 3963

UEFA Azərbaycanın 2016-2017 mövsümündə avrokuboklara vəsiqə qazanmamış 6 klubuna maliyyə vəsaiti ayırıb.

"Cempion.az"ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, vəsait UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində nəzərdə tutulub.

Həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hər birinə 71 min 53 manat verilib. Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə "Zirə", "Keşlə" (sabiq "İnter"), "Sumqayıt", AZAL, "Neftçi" və "Kəpəz"in hesabına köçürülüb.

Qeyd edək ki, “Kəpəz” və “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.