cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

"Sevilya" klubunun baş məşqçisində xərçəng aşkarlanıb

22.11.2017 11:45 Oxundu 3904

İspaniyanın "Sevilya" futbol komandasının baş məşqçisi Eduardo Beritso prostat vəzi xərçəngindən əziyyət çəkir.

Klub məsələ ilə bağlı bu gün rəsmi açıqlama yayacaq.

Argentinalı mütəxəssisin əməliyyat olunacağı gözlənilir. Lakin dəqiq tarixlər hələ məlum deyil.

Noyabrın 21-də "Sevilya" İngiltərə "Liverpul"u ilə evdə keçirdiyi Çempionlar Liqasının V tur matçında 3:3 hesablı heç-heçəyə nail olub. İlk yarıdan sonra İspaniya təmsilçisi 0:3 hesabı ilə geridə olsa da, ikinci hissədə tarazlığı təmin edə bilib. Üçüncü uzatma dəqiqəsində Gido Pisarro hesabı bərabərləşdirdikdən sonra oyunçuların hamısı məhz Beritsonu qucaqlayıblar. İspaniya mətbuatı bunu 48 yaşlı mütəxəssisin xəstəliyi ilə əlaqələndirib.

Qeyd edək ki, Çempionlar Liqasında 5 turdan sonra "Sevilya" A qrupunda 8 xalla ikinci pillədə qərarlaşıb və lider "Liverpul"dan 1 xal geri qalır. Sonuncu turda "Sevilya" Sloveniyada "Maribor"un qonağı olacaq. Report