çərşənbə axşamı, 16 yanvar 2018

Menu

çərşənbə axşamı, 16 yanvar 2018

BIZIM FUTBOL

"Kəpəz" "Mançester Siti"nin sabiq futbolçusu barədə qərarını yoxlama oyunlarından sonra verəcək

09.01.2018 15:55

“Kəpəz” klubu baxışa çağırdığı İngiltərənin “Mançester Siti” komandasının sabiq futbolçusu Aleks Nimeli ilə bağlı qərarını yoxlama matçlarından sonra verəcək.

Bunu Gəncə təmsilçisinin baş məşqçisi Yunis Hüseynov bildirib.

O deyib ki, 27 yaşlı liberiyalı hücumçu ilə bağlı yekun qərarı yanvarın 13 və 15-də baş tutacaq yoldaşlıq oyunlarından sonra verəcək: “Həmin matçlarda özünü yaxşı tərəfdən göstərsə, onunla müqavilə bağlanılacaq. Əks halda geri göndəriləcək. Nimelinin artıq çəkisinin olmasına gəlincə, bu, qış fasiləsi ilə əlaqədardır. İndi elə dövrdür ki, hər bir futbolçuda artıq çəki ola bilər. Məşq etdikcə, düzələcək”.

Baş məşqçinin sözlərinə görə, “Kəpəz” qış fasiləsinədək “Neftçi”də çıxış edən Tərzin Cahangirovla müqavilə bağlayıb. O bildirib ki, I divizion təmsilçisi “Sabah”ın qapıçısı Tərlan Qasımzadə ilə də münasibətləri rəsmiləşdirəcəklər: “Elşən Rzazadə və Qvanzav Maqomedov baxışdadır. “Xəzər Lənkəran”ın sabiq futbolçusu Dieqo Souza isə yanvarın 11-də gələcək. Onu yaxşı tanıyıram. Son oyunlarına da baxmışam. Buna rəğmən, sınaqdan keçirəcəyik. Həmçinin Ukraynadan bir qapıçı gələcək. Onunla birbaşa müqavilə bağlayacağıq”.

Qeyd edək ki, “Kəpəz” yanvarın 15-də “Sabah”la qarşılaşacaq. Ayın 13-ü üçün nəzərdə tutulan yoxlama matçındakı rəqib isə hələlik bəlli deyil. Report

Oxundu: 85

© 2018 - NSPSOLUTIONS