çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Arda Turanın "Başakşehir"ə transferi razılaşdırılıb

09.01.2018 17:20 Oxundu 2225

İspaniyanın “Barselona” komandasının futbolçusu Arda Turan karyerasını Türkiyənin “Başakşehir” klubunda davam etdirəcək.

“Cempion.az" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub prezidenti Göksel Gümüşdağın yazılı açıqlamasında bildirilir ki, 31 yaşlı yarımmüdafiəçinin transferi üçün prinsipial razılıq əldə olunub: “Arda “Başakşehir” forması geyməkdən məmnun olacağını söylədi. Onun əzmini və istəyini gördüm, hədəflərini dinlədim. Transferin baş tutması üçün lazım olan prosedurların yerinə yetirilməsini gözləmək lazımdır. Bir çox məsələdə anlaşmağımıza rəğmən, atılmalı olan bəzi addımlar var. Rəsmilərimiz "Barselona" nümayəndələri ilə təmasdadırlar. Onların müsbət nəticə ilə geri dönəcəklərinə ümid edirəm”.

Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında “Atletiko”dan “Barselona”ya keçən Arda Turan cari mövsümdə meydana çıxmayıb. "Başakşehir" Türkiyə Super Liqasının geridə qalan 17 turundan sonra 36 xalla liderdir.