cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Azərbaycan əsilli futbolçu UEFA-nın rəmzi komandasında

09.01.2018 17:40 Oxundu 3736

UEFA ötən il Rusiya Premyer Liqasında parlaq çıxışları ilə diqqət çəkən gənc futbolçuların rəmzi komandasını hazırlayıb.

"Cempion.az"ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ən yaxşı on birlikdə "Spartak"ın Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev də yer alıb.UEFA ötən il icarə əsasında "Anji”də çıxış edən 21 yaşlı futbolçunun yaşına görə yaxşı oyun nümayiş etdirdiyi və xüsusilə oktyabrda "Arsenal"a (Tula) qarşı matçda qələbə qolunu vurduğunu yazıb.

Qeyd edək ki, "Spartak"ın A.Quliyevi "Rostov”a icarəyə veriləcəyi gözlənilir.