cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

2 futbolçu ömürlük diskvalifikasiya edildi

09.01.2018 18:30 Oxundu 2286

UEFA-nın Nəzarət-etik intizam komitəsi Maltanın gənclərdən ibarət yığmasının 6 futbolçusunu danışılmış oyunlarda iştirak etdiklərinə diskvalifikasiya edib.

“Cempion.az”ın “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, araşdırma 2017-ci il Avropa çempionatının təsnifat mərhələsinin matçları ilə bağlı olub. Həmin vaxt Malta yığması Monteneqro (0:1, 2016-cı ilin martı) və Çexiya (0:7, 2016-cı ilin martı) ilə qarşılaşıb. İki oyunçu ömürlük diskvalifikasiya alıb. Dörd futbolçu isə iki il, bir il yarım və bir il müddətinə uzaqlaşdırılıb.